WhatsApp messenceri ilə bağlı daha bir yenilik

11:17 - 8.02.2022


8 fevral, Fineko/abc.az. “WhatsApp” messencerinin masaüstü versiyasında fonda səsli mesajları dinləmək mümkün olacaq.

ABC.AZ-ın məlumatına görə, bu rejim daha əvvəl “iOS”un “beta” versiyasına əlavə edilib, yaxın günlərdə isə “Android”də görünəcək.

Yeni funksiya sayəsində arxa fonda səsli mesajlara qulaq asarkən onu dayandırmadan başqa çata və ya əsas menyuya keçmək mümkün olacaq.

Pleyer paneli istifadəçilərə səsli mesajı oxutmada fasilə verməyə, davam etdirməyə və ya dayandırmağa imkan verir.

 

Bütün xəbərlər