Mayın birində gözlənilən hava haqqında məlumat

13:32 - 30.04.2018


30 aprel, Fineko/abc.az. Mayın 1-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz  cənub-şərq  küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23,  Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı bildirilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 8-13, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

Bütün xəbərlər