Bu strqteqli qızılın qiymətini artırdı – Proqnoz

17:16 - 8.02.2022


8 fevral, Fineko/abc.az. "Goldman Sachs"ın strateqləri, iqtisadi artımın yavaşlaması və artan inflyasiyanın 2022-ci ildə qızıla investisiya tələbini artıracağını, qızılın 12 aylıq qiymət proqnozunu bir unsiya üçün 2000 dollardan 2150 dollara yüksəltdiklərini bildiriblər.

ABC.AZ xəbər verir ki, ümumi investor gözləntilərinin əksinə olaraq ABŞ-da faiz dərəcələrinin yüksəldiyi dövrdə qızılın yaxşı performans göstərdiyini qeyd edən Goldman strateqləri, ABŞ-da iqtisadi artımın yavaşlaması və inkişaf edən ölkələrin alıcılıq qabiliyyətinin artması ilə qızıl qiymətlərinin dəstəklənəcəyini vurğulayıblar.

Qızılın geosiyasi risklərə qarşı effektiv qorunmaq vasitəsi olduğunu qeyd edən strateqlər, geosiyasi risklərin ABŞ iqtisadiyyatına birbaşa təsir etmədiyi təqdirdə bu qorunmanın daha zəif ola biləcəyini bildiriblər.

 

Bütün xəbərlər