ABŞ-ın bu Adminstrasiya Azərbaycan nefti ilə bağlı proqnoz verdi

10:15 - 9.02.2022


9 fevral, Fineko/abc.az. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

ABC.AZ-ın APA-ya istinadən xəbər verir ki, Administrasiyanın proqnozuna görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 710 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoza bərabərdir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoza (yanvar ayında verilib – red.) uyğundur.

Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci ildə sözügedən göstərici 700 min barel səviyyəsində olub.

 

Bütün xəbərlər