“Samsung Electronics” bank kartlarını başqalarından qoruyacaq - Yeni skaner

10:29 - 9.02.2022


9 fevral, Fineko/abc.az. “Samsung Electronics” şirkəti bank kartlarını başqalarının istifadəsindən qoruya bilən biometrik skaner təqdim edib.

ABC.AZ-ın məlumatına görə, skaner dünyanın ilk hibrid ödəniş kartı çipi ilə birləşdirilib.

“S3B512C” adlanan bu çip məlumatı təhlükəsizlik modulunda saxlayır və quraşdırılmış prosessordan istifadə edərək təhlil edir.

İlkin olaraq yenilik yalnız bank kartları üçün nəzərdə tutulsa da, gələcəkdə onun qadjetlərdə də istifadə edilməsi nəzərdə tutulur. Çiplər biometrik autentifikasiya tələb edən istənilən cihaza uyğun gəlir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər