330x110
 

Bakı metrosunda intihara cəhdin qarşısı alınıb

30.04.2018,16:03


30 aprel, Fineko/abc.az.  Bakı metrosunda gənc adam  özünü relslərin üstünə atıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, insident, metronun “Gənclik” stansiyasında baş verib.

“Zülfüqarov Elvin adlı gənc, yanındakı dostu ilə mübahisə edib və özünü  relslərin üstünə atıb. Stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları həmin şəxsi təcili oradan çıxarıblar. Xoşbəxtlikdən, heç kim xəsarət almayıb”, - bunu, N.Paşayev deyib.

 

Açar sözlər: metro