Türkiyədə azad olunmuş ərazilərimizin turizm imkanları təbliğ olunur - Foto

15:56 - 9.02.2022


9 fevral, Fineko/abc.az. İstanbulda dünyanın ən böyük turizm sərgilərindən biri olan EMİTT 2022 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi öz işinə başlayıb.

ABC.AZ-ın məlumatına görə, stenddə Azərbaycanın eyni zamanda 5 yerli turizm şirkəti, 1 mehmanxana qrupu və "Azərbaycan Hava Yolları" QSC də təmsil olunur.

Fevralın 12-dək davam edəcək sərgi çərçivəsində Türkiyənin aparıcı turizm şirkətləri və dövlət qurumları və təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Təşkil olunacaq görüşlərdə qarşılıqlı əməkdaşlıq, turizm potensialının tanıdılması kimi məsələlər müzakirə olunacaq, eləcə də yerli turizm məhsulları, ekoturizm, kampinq, şərab turizmi və qastronomiya, qış turizm imkanları nümayiş olunacaq.

Sərgidə Azərbaycanın işğaldan azad olunun ərazilərinin turizm potensialı, Zəngəzur dəhlizi və bu dəhlizin imkanları da təbliğ ediləcək.

Müəllif: Elmir Murad


Bütün xəbərlər