Bu lizinq şirkəti nizamnanə kapitalını artırdı - 615 min manat oldu

11:31 - 10.02.2022


10 fevral, Fineko/abc.az. “Hermes Finance” QSC nizamnamə kapitalının 94 min 800 manat və yaxud 18,2% artırılaraq 520 min 200 manatdan 615 min  manata çatdırılması prosesini yekunlaşdırıb.

ABC.AZ-ın Renkinq-ə istinadən məlumatına görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 300 manat 316 yeni səhm buraxılıb.

Qiymətli kağızların yerləşdirilməsi üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” ASC olub.

Xatırladaq ki, “Hermes Finance” 2018-ci ildə yaradılıb, lizinq fəaliyyəti ilə məşğuldur.

 

Bütün xəbərlər