Sağlamlıq məlumatlarının toplandığı sistem yaradılacaq - Teymur Musayev

14:21 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Azərbaycanda vətəndaşların sağlamlıq məlumatlarının yer aldığı elektron profillər yaradılacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, yeni yaradılacaq sistemdə qadının hamiləlik dövründən başlayaraq şəxs vəfat edənədək onun sağlamlığına dair bütün məlumatlar toplanacaq: "Toplanan məlumatlar əhalinin sistemli və keyfiyyətli müalicə almasını, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağı və buna uyğun gələcək səhiyyə strategiyasının formalaşdırılmasını təmin edəcək".

 

Bütün xəbərlər