Bu kəmərin əməliyyat xərcləri açıqlandı - bp hesabat yaydı

16:26 - 10.02.2022


10 fevral, Fineko/abc.az. 2021-ci il ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 54 milyon dollar, əsaslı xərclər isə 12 milyon dollardan artıq olub.

ABC.AZ-ın məlumatına görə, bununla yanaşı 2021-ci il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 48,5 milyon kubmetr olub.

Hesabat ilində Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində  7189m dərinlikdə tamamlanıb.

Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Abşeron yarımadasının dayazsulu hissəsinin Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin dekabr ayında tamamlanıb və quyu ilkin layihə və plana uyğun olaraq bağlanıb. Layihə çərçivəsində ikinci kəşfiyyat quyusunun qazma əməliyyatları 11 dekabr tarixində Bibiheybət perspektiv sahəsində başlanıb. Bu quyuda qazma işləri artıq 2470 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Üçüncü quyunun qazılması işlərinin başlanması bu ilə planlaşdırılır.

 

Bütün xəbərlər