“Coca-Cola” gəlirlərini artırıb - Ötən ilin hesabatı

11:38 - 11.02.2022


11 fevral, Fineko/abc.az. “Coca-Cola” 2021-ci illə bağlı maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkətin sözügedən dövrdə gəliri 17% artaraq 38,7 milyard dollar təşkil edib.

Səhm üzrə mənfəət 26% artaraq 2,25 dollara çatıb.

Dördüncü rübdə şirkətin rüblük gəliri 10% artaraq 9,5 milyard dollara yüksəlib.

Eyni zamanda, marketinqə investisiyaların artması və rübün altı gün az olması səbəbindən əməliyyat mənfəəti 28% azalıb. Şirkətin əməliyyat mənfəəti illik 10% artıb.

Nyu-York birjasında Coca-Cola səhmləri 1,72% (62,06 dollar) bahalaşıb.

Bütün xəbərlər