İlham Əliyev: Yanvar ayında Azərbaycan iqtisadiyyatı təxminən 6 faiz artıb

14:48 - 11.02.2022


11 fevral, Fineko/abc.az. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra Azərtac-a müsahibəsində söyləyib.

Ölkə iqtisadiyyatının, sənaye potensialının artdığını bildirən dövlət başçısı deyib: “ Yanvar ayında iqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək”.

Bütün xəbərlər