Ödənişli xidmətlərdən ən çox bahalaşanlar bunlardır - Siyahı

16:07 - 11.02.2022


11 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz artıb.

ABC.AZ Dövlət Statitika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma poçt vasitəsilə bağlamaların göndərilməsi haqlarında, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bütün xəbərlər