“Paşa Bank” kredit portfelini 2 milyard manata qədər artıracaq

11:55 - 1.05.2018


1 may, Fineko/abc.az. Azərbaycanın kommersiya bankı “PAŞA Bank” 2020-ci ilə qədər yeni iki illik inkişaf strategiyasını təsdiqləyib.

Bankın idarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, bankın ümumi kredit portfeli bu dövr üçün 1 milyard manatdan 2 milyard manatadək artacaq.

“O cümlədən, kiçik və orta sahibkarlıq üzrə kredit portfeli 25 milyon manatdan 170 milyon manatadək artırılacaq”, - deyə Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bankın aktivlərinin 2017-ci ilin sonunda 3,9 milyard manatdan 5,2 milyard manatadək artırılması planlaşdırılır.

 

Bütün xəbərlər