AÇG və “Şahdəniz”dən əldə edilən gəlirlərin kəskin artım səbəbi açıqlanıb

11:15 - 14.02.2022


14 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı üzrə əldə edilən gəlirlərin artmasının səbəbi dövlətin payına düşən mənfəət neftinin miqdarının, mənfəət kondensatının satış qiymətinin artması və Avropanın yüksək Hub (spot) qaz qiymətlərinin təsirindəndir.

ABC.AZ-ın məlumatına görə, Report-un sorğusuna cavab olaraq ARDNF-dən bildiriblər ki, bu ilin yanvar ayında 2021-ci ilin analoji dövrü ilə müqayisədə AÇG layihəsi üzrə dövlətin payına düşən mənfəət neftinin satış qiymətinin əhəmiyyətli artması və eyni zamanda bunun nəticəsində Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) müddəalarına uyğun olaraq layihə üzrə dövlətin mənfəət payının formalaşdırılması mexanizmində dövlətin payına düşən mənfəət neftinin miqdarının artması olub.

Həmçinin, Fonddan bildirilib ki, “Şahdəniz” layihəsi çərçivəsində tərəflər arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlərin müddəalarına uyğun olaraq, müəyyən şərtlərin tətbiqi nəticəsində layihə üzrə ARDNF-ə ödənilən dövlətin qaz gəlirləri 2021-ci ilin yanvar ayında 2022-ci ilin analoji dövrü ilə müqayisədə az olub.

 

Bütün xəbərlər