“PAŞA BANK” bank əməliyyatlarının 90%-ni nağdsız formaya keçirəcək

11:56 - 1.05.2018


1 may, Fineko/abc.az. Əsasən korporativ müştərilər üzrə ixtisaslaşan Azərbaycan kommersiya bankı öz rəqəmsal xidmətlərini genişləndirməyi planlaşdırır.

Bankın İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, 2020-ci ilə qədər əməliyyatların 90%-i nağdsız formada həyata keçiriləcək və yalnız 10%-i nağd olaraq qalacaq.

“Bankın fəaliyyətinin genişləndirilməsi çərçivəsində bank filial şəbəkəsini genişləndirir və yaxın gələcəkdə bankın filialı açılacaq. Biz lisenziyanın alınmasını gözləyirik və ilin sonuna qədər Bakıda daha bir filial açmağı planlaşdırırıq. Filiallar həmçinin müştərilərə məsləhət xidmətləri göstərəcək”, - deyə Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bankın korporativ müştərilərinin sayı 5 minədək artırılıb, bu seqment üzrə əməliyyatlar isə 70% artıb.

 

Bütün xəbərlər