“PAŞA Bank” aktivlərini təxminən 4 milyard manata çatdırdı

11:57 - 1.05.2018


1 may, Fineko/abc.az. Azərbaycanın kommersiya bankı “PAŞA Bank” 2017-ci il üzrə fəaliyyətinin nəticələrini yekunlaşdırıb.

Bankın idarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, 2017-ci ilin sonunadək bankın aktivləri 20% artaraq 3,9 milyard manat təşkil edib.

“2018-ci ilin sonuna qədər bankın aktivləri 4,2 milyard manata qədər artırılacaq”, - deyə Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bankın kredit portfeli bir  ildə 21% artaraq 1,4 milyard manat təşkil edib. Müştərilərin müddətli depozitləri 1,03 milyard manata, müddətsiz 1,8 milyard manata çatdırılmışdır. Bankın 2017-ci ilin sonuna olan faiz gəliri 231,111 milyon manat, rüsum və komissiyalardan gəlirlər 11,191 milyon manat, valyuta əməliyyatlarından əldə olunan gəlirlər 37,914 milyon manat təşkil edib.

“Bankın ümumi gəlirləri 28%, yəni 87,871 milyon manatdan 112,790 milyon manatadək artıb. Xalis mənfəət 29%, yəni 69,288 milyon manatdan 89,092 milyon manat artıb”, - deyə Taleh Kazımov bildirib.

 

Bütün xəbərlər