Bakıda 1 həftə internet olmayacağı xəbəri yayıldı - Nazirlik açıqlama verdi

12:02 - 14.02.2022


14 fevral, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") fevralın 14-dən 21-nə qədər paytaxtda internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

ABC.AZ xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq qurumdan bildirilib.

“Bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində 1 həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb. Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq”, - deyə şirkət bəyan edib.

 

Bütün xəbərlər