Nizamnamə kapitalı 25 milyon manatdan çox olan şirkət başqa şirkətə birləşdi

16:59 - 14.02.2022


14 fevral, Fineko/abc.az. “Vornado” MMC (VÖEN- 1702747831) fəaliyyətinə xitam verilərək “Baku Hospitality Group” MMC-yə (VÖEN- 1702206281) qoşulduğunu elan edib.

ABC.AZ yeniavaz-a istinadla xəbər verir ki, “Baku Hospitality Group” MMC “Vornado” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.

Məlumat üçün bildirək ki, Nizamnamə kapitalı 25 milyon 360 min 756 manat olan “Vornado” MMC 19.11.2019-cu il tarixində  dövlət qeydiyyatına alınıb.

MMC-nin qanuni təmsilçisi Əhmədli Orxan Subutay oğludur.

“Baku Hospitality Group” MMC isə 27.07.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 1 000 manat olan MMC-nin qanuni təmsilçisi Əmikişiyev Elnur Vidadi oğludur.

 

Bütün xəbərlər