Azərbaycan neftinin qiyməti bir barelə 76 dollara yaxınlaşır

12:29 - 1.05.2018


1 may, Fineko/abc.az. “Azəri LT CIF” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,49 dollar (0,65%) yüksəlib.

“Azəri LT CIF” markalı xam neftin qiyməti hazırda bir barelə 75,95 dollar təşkil edir.

“Azəri LT” neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) müşahidə olunmuşdur.

 

Bütün xəbərlər