Azərbaycan bir ildə 18 milyard kubmetrdən çox qaz ixrac edib - Hesabat

12:05 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Ötən il ərzində Azərbaycandan xaricə qaz satışı 18,9 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,8% çox) səviyyəsində olub.

ABC.AZ-ın məlumatına görə, Energetika Nazirliyinin hesabatında Türkiyəyə 8,5 mln. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,5% az) qaz ixrac olunduğu qeyd edilib.

O cümlədən Trans-Anadolu boru kəməri (TANAP) vasitəsi ilə Türkiyəyə 5,6 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1% çox) qaz ixrac olunub.

Məlumata görə, hesabat dövründə Avropaya 8,2 mlrd. kubmetr qaz ixrac edilib. Hesabata əsasən, 2021-ci ildə Azərbaycandan Gürcüstana 2,2 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az) qaz ixrac edilib.

Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan boru neft kəməri sisteminə 0,1 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6% az) qaz göndərilib.

Bütün xəbərlər