Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 90 milyon manatdan çox vəsait toplayıb

12:43 - 1.05.2018


1 may, Fineko/abc.az. Azərbaycan Müdafiə Nazirliyi mayın 1-nə qədər Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitlərin sayını bildirib.

Nazirliyin məlumatına görə, 1 may 2018-ci il tarixinə, Fondda 90 425 728,04 manat, 213 577,88  ABŞ dolları, 11 036 avro və 5 min rubl məbləğində vəsait toplanıb.

1 yanvar 2018-ci il tarixinə Fondda 88 008 970,18 manat, 212 873,88 ABŞ dolları, 9 536,0 avro və 5,0 min rubl məbləğində vəsait olmuşdur.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli 755 saylı Fərmanı ilə yaradılmışdır.

 

Bütün xəbərlər