Azərbaycanda MMC-lər dividend vergisindən necə yayınırlar?

16:16 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Azərbaycanda bir-birinin ardınca Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olan şirkətlər təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilirlər.

ABC.AZ xəbər verir ki, bunu İnvestisiya məsləhətçisi Orxan Bağırov bildirib.

O qeyd edib ki, buna səbəb səhmdar cəmiyyətlərin dividend vergisindən 7 il müddətinə azad olunmalarıdır:

"2019-cu ildə fiziki şəxslərin səhmdar cəmiyyətlərdə dividend vergisindən 7 il müddətinə azad olunması qərarı verildikdən sonra bir çox MMC (Məhdud Məsuliyyətli Cəmiyyət) SC-yə (Səhmdar Cəmiyyəti) çevrildi ki, bu güzəştdən faydalana bilsinlər. Amma vergi güzəştindən faydalanmaq üçün tələb yanlız səhmdar cəmiyyəti olmaq olduğu üçün bu cəmiyyətlərin bir çoxu məhz qapalı formaya keçid etdi və birjada listnqi baş tutmadı. Dövlət tərəfindən vergi güzəştləri və ya digər formada gözlə görünən dərəcədəki təşviqlərin tətbiqi birjada listinqə marağı artıra bilər".

Bütün xəbərlər