Unu artıq kisə ilə almaq olmur - Alıcılar şikayət edir

17:05 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Son günlər alıcılar marketlərdə unun məhdud miqdarda satılmasından, daha doğrusu unu kisə ilə ala bilmədiklərindən şikayətlənir. Məsələ artıq sosial şəbəkələrdə geniş müzakirə edilir. Bəzi marketlər bu halın unun və buğdanın ehtimal edilən qiymət artımı ilə əsaslandırır. Digər versiya isə əsas buğda idxalçımız olan Rusiyanın Ukrayna ilə yaşadığı gərginlikdən doğan sitiuasiyadır.

ABC.AZ xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın un və buğda ilə təchizatında xarici ölkələrin, xüsusilə də Rusiyanın payı böyükdür: "Azərbaycan hər il Rusiyadan təxminən 70-80 min ton buğda idxal edir. Ümumiyyətlə isə ölkənin illik buğda təlabatı 1.8 milyon tondur. Bunun 300-400 min tonunu daxili resurslar hesabına ödəyirik. Bu mənada deyə bilərik ki, xaricdə buğda və unun qiymətinin artması daxili bazara da təsir edir. Hazırda dünya bazarında taxılın qiymətinin yenidən artması gözlənilir. Bu həm Ukrayna-Rusiya gərginliyi, həm də Kanadadakı quraqlıq ilə əlaqədardır. Bildiyiniz kimi, Kanada da dünyada iri taxıl istehsalçısı hesab edilən ölkədir. Mümkündür ki, mövcud Ukrayna-Rusiya gərginliyi daxili bazarda ehtiyat tədbirlərinin görülməsinə səbəb olub”.

Bütün xəbərlər