"Bank Respublika" istiqrazlarının yerləşdiriləcəyi tarix açıqlandı

10:28 - 16.02.2022


16 fevral, Fineko/abc.az. 15 fevral 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank Respublika" ASC-nin ümumi dəyəri 15 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki,  18 fevral 2022-ci il tarixində "Bank Respublika" ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 15 min ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 8,5%, kupon faizlərinin ödəniş müddəti hər 6 aydan bir və tədavül müddəti 2 ildir.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər “PAŞA Kapital İnvestisiya Şirkəti”nə müraciət edə bilərlər

 

Bütün xəbərlər