Azərbaycan daha 17 ölkə ilə uçuşları bərpa edir – Siyahı

11:29 - 16.02.2022


16 fevral, Fineko/abc.az. Daha 17 ölkədən Azərbaycana uçuşlara icazə verilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərara dəyişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.

Qərara əsasən, fevralın 16-dan hava nəqliyyatı vasitəsilə Albaniya Respublikası, Dominikan Respublikası, Filippin Respublikası, Gürcüstan, Hindistan, İndoneziya, İran İslam Respublikası, Kolumbiya Respublikası, Moldova Respublikası, Özbəkistan Respublikası, Pakistan İslam Respublikası, Peru Respublikası, Tacikistan Respublikası, Tailand Krallığı, Tunis Respublikası, Türkmənistan Respublikası, Venesuela Bolivar Respublikası vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilib.

 

Bütün xəbərlər