“Xiaomi” şirkəti yeni smartfonunu təqdim edib - Foto

16.02.2022,14:28


16 fevral, Fineko/abc.az. “Xiaomi” şirkəti rəsmi olaraq orta qiymət seqmentinə daxil olan yeni “Redmi 10” smartfonunu təqdim edib.

ABC.AZ-ın məlumatına görə, təqdimata baxmayaraq satışların başlama tarixi və cihazın qiyməti hələki açıqlanmayıb.

Yenilik MediaTek Helio G88 prosessoru, 6.5 düymlük FullHD+ ekran, 4 GB operativ və 64 GB (və ya 128 GB) daxili yaddaş alıb.

Bununla yanaşı, “Redmi 10” müasir dördlü kamera ilə təchiz olunub – 8 MP ön və 8 MP + 50 MP + 8 MP + 2 MP arxa.

“Redmi 10” smartfonunun digər xarakterik cəhətləri yaddaş kartı üçün nəzərdə tutulan microSD, FM-tüner, NFC texnologiyası, eləcə də 5000 mAh tutumlu batareyadır. Yeni cihaz bazara Android 11 əməliyyat sistemi ilə çıxacaq və şirkətin özəl tərtib etdiyi MIUI 12.5 örtüyü üzərində işləyəcək.