Yeni radio kanalında fəaliyyət göstərmək üçün daha 2 şirkət müraciət edib

11:24 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Azərbaycanda yeni radionun açılması üçün müsabiqəyə sənəd verən şirkətlərin sayı artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) məlumat verilib.

Bildirilib ki, Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə elan edilən müsabiqəyə daha iki şirkət sənədlərini təqdim edib.

Bununla da bu saatlara qədər müraciət edən şirkətlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, müsabiqə üçün sənəd qəbulu bu gün - fevralın 17-də başa çatacaq. Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq.

 

Bütün xəbərlər