Azərbaycan bir ayda xarici ölkələrlə bu qədər ticarət əməliyyatı aparılıb

16:48 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 4 061.54 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bildirdiyinə görə, bu, ötən ilin eyin dövrü ilə müqayisədə 68,4% çoxdur.

Ötən ay xarici ticarət döviryyəsinin 3 086.68 milyon dolları ixracın, 974.86 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 90,1 %, idxal isə 23,7 % artıb.

Son nəticədə xarici ticarətdə 2 111.82 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.

Bütün xəbərlər