Sony yeni simsiz qulaqlığı təqdim etdi

10:40 - 18.02.2022


18 fevral, Fineko/abc.az. “Sony” şirkəti qeyri-adi korpus dizaynı olan yeni simsiz qulaqlıq modelini təqdim edib. Yeni “LinkBuds” qarnituru bazara boz və ağ rənglərdə çıxacaq.

ABC.AZ xəbər verir ki, istehsalçının vurğuladığı kimi, qulaqlıqlar “açıq halqa” formatında hazırlanıb – bu konfiqurasiya musiqiyə qulaq asmağa və ya telefonla danışmağa, eyni zamanda ətrafda baş verənləri eşitməyə imkan verir.

Aksesuar “IPX4” standartı üzrə qorunub, bir yükləmə ilə 5.5 saatadək işləyir, keysin avtonomluğunu nəzərə alsaq, bu müddət 12 saat təşkil edir.

 

Bütün xəbərlər