Realme şirkəti yeni smartfonlarını bazara çıxarıb

10:49 - 18.02.2022


18 fevral, Fineko/abc.az. “Realme” şirkəti yeni 2 smartfonunu təqdim edib.

ABC.AZ-ın məlumatına görə, bunlar “9 Pro” və “9 Pro Plus” smartfonlarıdır. “9 Pro” modeli “Snapdragon 695” prosessoru, 6 və ya 8 GB operativ yaddaş, 128 GB daxili yaddaş, 6.6 düymlük Full HD+ ekran və 5000 mAh tutumlu batareya ilə təchiz olunub.

Qeyd edək ki, yeni modelin bir sıra özəlliyi var.

Belə ki, yeni modelin korpusunun rəngi dəyişir. Smartfonun versiyalarının birində isə ultrabənövşəyi işığın təsiri altında rəngini mavidən çəhrayıya dəyişən fotoxrom şüşə var.

Müəllif: Elmir Murad

Bütün xəbərlər