Pakistandan Bakıya uçuşlar başlayır - Bu tarixlərdən

14:29 - 18.02.2022


18 fevral, Fineko/abc.az. Gələn ay "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə Pakistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.

Bütün xəbərlər