Ötən ay Azərbaycan $5 mln 720.46 min dəyərində ət idxal edib

16:39 - 18.02.2022


18 fevral, Fineko/abc.az. Bu ilin yanvarında Azərbaycan $5 mln 720.46 min dəyərində 3 165.38 ton ət idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 32.88% və 34.25% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında ölkənin xaricdən ət alışının həcmi 2 357.85 ton olmuşdu. Buna xərclənən vəsait isə $4 304.93 min idi.

Bütün xəbərlər