Ötən il özəl sahibkarlıq subyektləri 21,6 mlrd. manat gəlir əldə edib - Hesabat

17:30 - 18.02.2022


18 fevral, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən özəl sahibkarlıq subyektləri malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən 21,6 mlrd. manat gəlir əldə edib. Bu, illik müqayisədə 29% çoxdur.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sözügedən məbləğ qaytarılan mallar və ticarət güzəştləri nəzərə alınmaqla, ƏDV və aksiz vergisi isə çıxılmaqla hesablanıb.

Ötən il özəl bizneslər təkcə malların ixracından və qeyri-rezidentlərə göstərilmiş xidmətlərdən 345,7 mln. manat qazanıb ki, bu da illk müqayisədə 37% azdır.

Qeyd edək ki, özəl sahibkarlıq obyektləri 2021-ci ildə pərakəndə ticarət şəbəkəsində 8,6 mlrd. manatlıq mal satıblar ki, bu da illik müqayisədə 27% çoxdur.

Topdansatış ticarət dövriyyələri isə 16,4 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 31% çoxdur.

 

Bütün xəbərlər