Azərbaycanın ixracı nə qədər artıb? - Mikayıl Cabbarovdan açıqlama

12:05 - 21.02.2022


21 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixracı isə 59% çox olub.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinin davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviq edilməsinin uğurlu nəticəsidir", - deyə o, qeyd edib.

Bütün xəbərlər