Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

11:12 - 2.05.2018


2 may, Fineko/abc.az. Azərbaycan Dəmir Yolları (ADY) QSC Bakı-Böyük-Kəsik yolunun əsaslı təmirini davam etdirir.

ADY-in məlumatında deyilir ki, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

“Hazırda Mingəçevir stansiyasının cüt boğazında beş ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir”, - məlumatda belə deyilir.

İlk belə yoldəyişən 9 sentyabr 2016-cı il tarixində quraşdırılıb. Hazırda 150 yoldəyişən quraşdırılıb.

 

 

Bütün xəbərlər