Rusiyaya pul qoyanlar narahatdır - Ölkə səhmdarları pul itirməkdədir

17:32 - 21.02.2022


21 fevral, Fineko/abc.az. Rusiya aktivlərinə sərmayə yatıranlar yenidən narahatdırlar. Onlar son vaxta qədər Ukraynada hərbi eskalasiya ssenarisinin qarşısını almağın mümkün olduğuna inanırdılar.

ABC.AZ xəbər verir ki, bazar ertəsi səhər birja, Rusiya prezident Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında mümkün görüş xəbəri ilə yenidən canlanıb, lakin günortadan sonra Donbassda böhran başlayandan bəri rekord səviyyəyə çatan satış dalğasındadır.

Kreml prezidentlər arasında danışıqları təsdiq etmədikdən və Rusiya Təhlükəizlik Xidmətinin Ukrayna təhlükəsizlik qüvvələrinin artıq Rusiya Federasiyası ərazisini atəşə tutduğunu elan etdikdən sonra RTS indeksi 9,94% geriləyərək, 2020-ci ilin mart ayından bəri rekord aşağı səviyyəyə düşüb. Rusiyanın 43 ən böyük şirkətinin bazar dəyərini izləyən Moskva Birjası indeksinin kapitallaşması bir neçə saat ərzində 1,05 trilyon rubl dəyər itirib.

Sberbank-ın səhmlərinin düşməsi 10%-i, VTB-nin 8%-i keçib. Hər iki dövlət bankı ABŞ-ın sanksiyalarının potensial obyektlərinin “qara siyahısı”ndadır, bu siyahıya dollarla hesablaşmalara qadağa da daxildir. “Rosneft”in səhmləri, Asiya və Avropadakı treyderlərin sanksiyalara məruz qalacağından ehtiyat edərək Rusiyadan xammal alışını təxirə salmağa başladıqlarına dair bağlı xəbərlər fonunda 10,5% dəyər itirib. 

 

Bütün xəbərlər