Elektriklə işləyən avtomobillər üçün evlərdə cihazlar quraşdırılacaq

15:38 - 22.02.2022


22 fevral, Fineko/abc.az. “Juniper Research” Texnologiya Bazarı Araşdırma və Təhlil Şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, 2026-cı ilə qədər 35 milyon ev təsərrüfatında elektriklə işləyən avtomobillərin enerji yığmaları üçün cihaz quraşdırılacağı proqnozlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, ehtimal olunur ki, evdə elektrik avtomobillərinin enerji yığmasına xərclənən vəsaitin 2026-cı ilə qədər qlobal miqyasda 16 milyard dolları ötəcəyi gözlənilir.

Qarşıdakı 5 ildə 400%-i keçəcək bu sürətli artım tempinin səbəbləri elektriklə işləyən nəqliyyat vasitələri üçün daha aşağı qiymət üstünlüyü və baha başa gələn, əlverişsiz ümumi doldurma şəbəkələrindən istifadə etmək əvəzinə bunun evdə daha rahat edilməsidir.

Elektrikli avtomobillər üçün enerji yığma cihazlarını evdə quraşdıran istifadəçilərin 55%-i divara quraşdırılan cihazlardan, 45%-i isə plug-in cihazlarından istifadə edir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər