“Nar”-ın dəstək olduğu informatika üzrə Ümum respublika olimpiadası başladı

12:52 - 2.05.2018


2 may, Fineko/abc.az.  “Nar”-ın dəstəyi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Təhsil nazirliyi, Heydər Əliyev fondu və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiyaTexnologiyaları Institutunun birgə təşkilatçılığı ilə  “Ali məktəb tələbələri arasında informatika üzrə Ümum respublika olimpiadası” 29 aprel 2018-ci il tarixdə Bakı Mühəndislik Universitetində start götürdü.

Qeyd edək ki, artıq 12-ci dəfə keçirilən olimpiada17 may – Dünya telekommunikasiya və informasiya cəmiyyəti gününə həsr edilib.Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan maraqlarının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.

Bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçərək olimpiada da iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri – Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran dövlət universitetlərinin, AzərbaycanTexnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il olimpiadaya xüsusi maraq göstəriblər.

Qaydalara əsasən, hərbir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda isə ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək. Qaliblər “Nar” və “Best Comp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.Olimpiadanın final mərhələsi 5 may 2018-ci tarixdə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Bütün xəbərlər