Zəngəzur yolunda işlər sürətlə davam etdirilir - Saleh Məmmədov

17:11 - 22.02.2022


22 fevral, Fineko/abc.az. Hal-hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, erməni vandalları işğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində avtomobil yolları da daxil bütün infrastrukturu demək olar ki, məhv edib.

"Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilmişdir. Bu yol, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır", - S.Məmmədov deyib.

 

Bütün xəbərlər