Neft bahalaşır, Brent barrel başına $97,18 təşkil edir

09:35 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü hərraclarda artır.

Saat 9:16-da, London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $0,34 (0,35%) - barrel başına $97,18-a yüksəldi. Fevralın 22 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $1,45 (1,52%) artaraq barel başına $96,84-ə yüksəlib.

Saat 9: 16-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel ayına olan neftə fyuçers ticarətində $0,37 (0,4%) - barel başına $92,28 səviyyəsinə yüksəldi. Fevralın 22 - də keçirilmiş hərracların nəticələrinə görə, WTI-nin aprel fyuçerslərinin qiyməti $0,84 (0,92%) artaraq barel başına $91,91-ə yüksəlib.

WTI və Brent neft markalarının qiymətindəki fərq $5-a yüksəlib.


Bütün xəbərlər