ABŞ-da avtomobillər ucuzlaşıb - Prosesin davamı proqnozlaşdırılır

10:46 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Yanvarda ABŞ-da yeni avtomobillərin orta qiyməti dekabr ayı ilə müqayisədə 839 dollar azalaraq 46 404 dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu "Cox Automotive"in hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, bu göstərici bir ildən artıq müddət ərzində ilk dəfədir mənfi dinamika nümayiş etdirib.

"Yeni avtomobil qiymətlərindəki artımın pik həddə çatdığı görünür", - şirkətin baş analitiki xanım Mişel Kerbs qeyd edib.

Bununla belə, ekspertin də əlavə etdiyi kimi, avtomobil təklifinin artacağı ilə bağlı proqnozlara baxmayaraq, ilin birinci yarısında bazarda təklifin tələbi təmin etmədiyi vəziyyət davam edəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər