Nazir kinoya ayrılan vəsaitdən narazıdır

14:53 - 23.02.2022


23 fevral, Fineko/abc.az. "Dövlətin kino sahəsinə ayırdığı vəsait məhduddur".

ABC.AZ-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.

Nazir bildirib ki, gözləntilər təkcə dövlətdən olmamalıdır:

"Hazırda bizim üçün prioritet Vətən müharibəsi və onun filmlər vasitəsilə əbədiləşdirilməsidir. Çox istərdim ki, biz özəl-dövlət tərəfdaşlığına üz tutaq. Mən əminəm ki, özəl sektor öz dəstəyini verəcək. Təbii ki, dövlət olaraq biz də kinoya əlimizdən gələni edəcəyik".

Bütün xəbərlər