Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açıldı

17:04 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Bu gün Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb və “Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib.

ABC.AZ-ın məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetində təşkil edilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, bir sıra dövlət qurumlarının, elm və təhsil müəssisələrinin rəhbər şəxsləri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və startap mərkəzlərinin nümayəndələri iştirak edib.

Əvvəlcə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende UNEC-in fəaliyyəti ilə tanış olub.

Sonra İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin iştirakı ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı olub.

Bütün xəbərlər