“Günay Sığorta”da istefalar davam edir - Şirkətdə nə baş verir?

17:22 - 23.02.2022


23 fevral, Fineko/abc.az. “Günay Sığorta” ASC-nin icra orqanındakı istefalar davam edir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu dəfə “Günay Sığorta” ASC-nin Daxili audit xidmətinin rəhbəri Kənan Əlirvat oğlu Qəniyev vəzifəsini tərk edib.

O, 2020-ci ilin noyabrından Daxili audit xidmətinin rəhbəri təyin edilmişdi və 2022-ci ildə fevralında bu vəzifədən ayrılıb.

Buna qədər “Azsığorta” ASC, “Ata Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-də çalışıb.

Qeyd edək ki, bundan öncə Sığorta Şirkətinin İdarə Heyətində yer alan Səidə Fətullazadə də vəzifəsindən istefa vermişdi. Şirkətin baş mühasibi olan Kəmalə Zaman qızı Allahverdiyeva vəzifəsindən getmiş, onun yerinə İlkin Sərvər oğlu Rəhimov təyin olunub.

Son illərdə rəhbərlik bir neçə dəfə dəyişib.

Bütün xəbərlər