Almaniyanın ən böyük şirkəti “Şimal axını 2” qaz kəməri ilə bağlı müqaviləni ləğv edib

17:34 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Almaniyanın ikinci ən böyük sığorta şirkəti və ölkənin ən böyük təkrarsığortaçısı olan "Munich re" şirkəti “Şimal axını 2” qaz kəməri ilə bağlı müqaviləni ləğv edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə “Bloomberg” xəbər verib.

Belə ki, çərşənbə günü "Munich re" şirkətinin baş icraçı direktoru Yoahim Venninq bildirib.

Çərşənbə axşamı Almaniya kansleri Olaf bildirib ki, Almaniya 10 milyard avroya başa gələn, yarısı Qazprom tərəfindən yatırılan illik 55 milyard kubmetr ötürmə qabiliyyəti olan qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırır.

Scholzun sözlərinə görə, o, İqtisadiyyat Nazirliyinə daha əvvəl milli qaz tənzimləyicisinə təqdim edilmiş enerji təhlükəsizliyinə dair rəyi geri götürməyi tapşırıb.

Bütün xəbərlər