Neft bahalaşır, Brent barel başına $100-ı keçdi

09:35 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Cümə axşamı günü ticarətdə neftin etalon markalarının qiymətləri artır, Brent nefti 2014-cü ildən bəri ilk dəfə olaraq barel başına $100 üstələyib.

Saat 9:15-də, London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $4,41 (4,55%) - barel başına $101,25 qədər yüksəldi. Fevralın 23-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel ayı fyuçersinin qiyməti dəyişməyib və barel başına $96,84 səbiyyəsində qalıb.

Saat 9:15-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel ayına olan fyuçersi $4,22 (4,58%) - bir barelə $96,32-a yüksəldi. Fevralın 23 - də keçirilmiş hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçersinin qiyməti $0,19 (0,21%) artaraq barel başına $92,10-a qədər yüksəlib.


Bütün xəbərlər