Bakı-Kiyev aviareysi ləğv edildi - Detallar

10:09 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Ukraynanın hava məkanı mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.

Şirkətdən ABC.AZ-a verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.

Bütün xəbərlər