Azərbaycanda 16 bankın faiz xərcləri artıb

14:31 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun ötənilki faiz xərcləri əvvəlki illə müqayisədə az olub.

ABC.AZ renkinq-ə istinadla xəbər verir ki, bunlar “Xalq Bank”, “Azər-Türk Bank”, “Express Bank”,  “Bank Avrasiya”, “AFB Bank” və “Premium Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma “Premium Bank”da (26,8), ən az azalma isə “Xalq Bank”da (0,4%) qeydə alınıb.

Qalan 16 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (49,6%), ən aşağı dinamika isə “Yelo Bank” ASC-də (3,5%) qeydə alınıb.

 

Bütün xəbərlər