Bakcell-dən Ukraynadakı abunəçilərinə dəstək

15:20 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Bakcell şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ölkədə rominqdə olan abunəçilərin nömrələrinin balansını artırıb.

ABC.AZ xəbər verir ki, hazırda Ukraynada olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə şirkət tərəfindən onların nömrələrinin balansına 100 AZN məbləğində pul vəsaiti yüklənib.

Bütün xəbərlər